Yulian Şuster “Frayburq”u çalışdıracaq.
“Football-plus.az” xəbər verir ki, sabiq futbolçu bu vəzifəni mövsümün sonundan icra edəcək. O, Kristian Streyxi əvəzləyəcək. Bu onun baş məşqçi kimi debütu olacaq.
38 yaşlı oyunçu karyerasının böyük hissəsini "Frayburq"da keçirib.
Şuster futbolçu kimi kariyerasını 2018-ci ildə başa vurub. O, bundan əlavə olaraq istedadların inkişafı üzrə koordinator vəzifəsində çalışıb.
Xatırladaq ki, 26 turdan sonra "Frayburq" Bundesliqada 33 xal toplayaraq turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.