Ronaldo növbəti matçda oynayacaq?

10.09.2023 21:52 235
Dünya futbolu
Kriştiano Ronaldo növbəti matçda oynamayacaq.
“Football-plus.az” xəbər verir ki, Portuqaliya millisinin kapitanı AÇ-2024-ün seçmə mərhələsinin 6-cı turunun Lüksemburqla oyununu buraxacaq. “A Bola” qəzetinin məlumatında 38 yaşlı futbolçunun seçmə mərhələnin Slovakiya ilə matçında (1:0) sarı vərəqə alaraq cəzalı duruma düşdüyü bildirilib.

Qeyd edək ki, Ronaldo AÇ-2024-im seçmə turnirində meydana çıxdığı 5 oyunda 5 qol vurub. Sentyabrın 11-də keçiriləcək Portuqaliya - Lüksemburq matçı saat 22:45-də başlayacaq.