• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” rekordları qıra-qıra çempionluğa şığıyır – TURUN ŞƏRHİ

Dünya futbolu

20-03-2024, 18:0

Tur cümə günü “Leyptsiq”in rəqib meydanında “Köln”ü darmadağın etməsi ilə start götürdü.

"Football-plus.az" Xəbər verir ki, ardıcıl 6-cı turda qələbəyə həsrət qalan “keçilər” pley-off zonasından düşmə zonasına gerilədilər.

Son oyunlarda rəqiblərini “top atəşinə” tutan “Bavariya” bu ənənəni və sonuncu pillədə qərarlaşan klublara qarşı xal itirməmək seriyasını davam etdirdi. Hesabı “Darmştadt” açsa da, “rekordmayster” rəqibinə heç bir şans vermədi. Maraqlıdı ki, “Barselona”da olduğu kimi, “Bavariya”da da baş məşqçinin mövsümün sonunda ayrılacağını açıqlaması müsbət effekt verib. Tomas Tuxel yayda ayrılacağını açıqladığı gündən bəri Münhen nəhəngi keçirdiyi 5-ci rəsmi oyunda da uduzmadı (4 qələbə, 1 heç-heçə, top-fərqi – 20:6)! “Bavariya”nın bundesliqada sonuncu pillədə qərarlaşan kluba qarşı xal itirməsinə sonuncu dəfə 2014/15 mövsümünün 4-cü turunda - “Hamburq”la səfər oyununda (0:0) təsadüf olunub. “Darmştadt”la matçın yeganə qanqaraldıcı tərəfi dirəyə çırpılan Keynin zədələnməsi oldu. Zədənin ciddiliyi barədə dəqiq məlumat yoxdu. Səfərdə “Volfsburq” üzərində əzmkar qələbə qazanan “Auqsburq” bu mövsüm hesabda geridə olduğu görüşlərdə artıq 23 xal toplayıb. 3 xallıq dönəmdə bundesliqada yalnız bir komanda – 1999/00-də “Bayer-04” hesabda geridə olduğu matçlarda bundan daha çox (29) xal qazanıb. “Maynts-05” “Bohum”u, “Union” isə “Verder”i evə əliboş yola saldı. Berlin təmsilçisi Nenad Byelitsanın təyinatından bəri evdə keçirdiyi 7-ci bundesliqa oyununda 5-ci qələbəsini qazandı. Əslində tarixi mövsüm keçirən, amma bu uğuru “Bayer-04”ün fenomenal nəticələrinin kölgəsində qalan “Ştutqart” hesabına daha bir parlaq qələbə yazdı. Şvabiyalılar səfərdə “Hoffenhaym”ı darmadağın etdi. Girassi yenə meydanı qolsuz tərk etməyərək mövsümdəki 22-ci topunu vurdu. Bu klubun heyətində bir mövsümə bundesliqada bundan daha çox qol vurmağı yalnız bir futbolçu – 2008/09-da Mario Qomes (24) bacarıb. Yeri gəlmişkən, “Ştrutqart”da Girassi - Dəniz Undav cütlüyü bu mövsüm bundesliqada artıq 36 qol vurub. Klub tarixində yalnız bir dəfə bir duet bundan daha çox qol vurmağı bacarıb. Belə ki, 1985/86-da Klinsmann - Allqöver dueti 37 qol vurmuşdu.

Dortmund “Borussiya”sı çətinliklə də olsa, “Ayntraxt”ın müqavimətini qıraraq əzmkar qələbə qazandısa, səfərdə oynayan “Bayer-04” “Frayburq”un timsalında daha bir ciddi maneəni geridə qoyaraq 10 xallıq fərqi qorudu. “Qarabağ”a qənim kəsilən Şik bu dəfə də faktiki qələbə qolunu vurdu. Bu mövsüm keçirdiyi 38-ci rəsmi oyunda da uduzmayan Leverkuzen təmsilçisi daxili birincilikdə 22-ci qələbəsini qazanaraq şəxsi rekordunu yenilədi. Komanda buna qədər heç vaxt bundesliqada bir mövsümdə bu qədər qələbə qazanmamışdı. Bundan başqa, 26 tura 70 xal turnirin ən yaxşı 2-ci göstəricisdi! Yalnız 2013/14-də Qvaridolanın “Bavariya”sı 26 tura bundan daha çox (74) xal toplayıb. Komandanın bundesliqada ardıcıl 6-cı səfər qələbəsini qazanmaqla da şəxsi rekordunu yenilədiyini bildirək. Və nəhayət, “Bayer-04” Xabi Alonsonun başçılığı altında 75-ci rəsmi oyunda yubiley - 50-ci qələbəsini qazandı.

26-cı tur
Darmştadt – Bavariya 2:5
Skarke, 28. Vilhelmsson, 90+5 – Musiala, 36; 64. Keyn, 45+1. Qnabri, 74. Tel, 90+3. (17810)
Bavariya: Noyer, Kimmix, Dayer, De Liqt, Gerreyro (Devis, 71), Pavloviç (Laymer, 58), Qoretska, Sane (Tel, 70), Müller (Qnabri, 71), Musiala, Keyn (Çupo-Motinq, 82).
Frayburq – Bayer-04 2:3
Doan, 10. Keytel, 79 – Virts, 2. Hlojek, 40. Şik, 53. (34700)
Frayburq: Atubolu, Sildilliya, Ginter (Linhart, 62), Qulde, Günter, Höfler, Doan, Röl (Keytel, 76), Qrifo (Musliya, 61), Şallai (Qreqoritş, 62), Höler (Filipp, 76).
Bayer-04: Qradetski, Frimponq (Tella, 83), Stanişiç, Ta, İnkapye, Qrimaldo, Caka, Palasios (Tapsoba, 89), Virts, Hlojek (Andrix, 83), Şik (Adli, 76).
Borussiya D – Ayntraxt F 3:1
Adeyemi, 33. Hummels, 81. Əmrə Can, 90+3-p. – Götse, 13. (81365)
Borussiya: Al. Mayer, Volf, Hummels, Şlotterbek, Maatsen (Bensebayni, 85), Əmrə Can, Brandt (Salih Özcan, 84), Adeyemi (Bayno-Gittens, 65), Roys (F.Nmeça, 65), Malen, Füllkruq (Mukoko, 73).
Köln – Leyptsiq 1:5
Adamyan, 18 – Simons, 15. Openda, 63; 67. Aydara, 70. Poulsen, 82. (49000)
Leyptsiq: Qulaçi, Henrixs (Simakan, 83), Orban, Lukeba (Bitşiabu, 86), Raum, Şlager, Aydara (Kampl, 83), Olmo, Simons, Openda (Poulsen, 75), Şeşko (Baumqartner, 75).
Hoffenhaym – Ştutqart 0:3
Miyo, 16. Girassi, 45+1. Levelinq, 68. (30150)
Ştutqart: Nübel, Vaqnoman, Anton (Stergiu, 84), İto, Mittelştadt, Fürix (Katompa Mvumpa, 76), Karazor, Ştiller, Miyo (Çon Vu Yon, 75), Dəniz Undav (Levelinq, 65), Girassi (Mahmud Dahud, 84).
Haydenhaym – Borussiya M 1:1
Ərən Dinkçi, 66 – Hak, 9. (15000)
Union – Verder 2:1
Vertessen, 50. Aaronson, 52 – Vayzer, 63. (22012)
Volfsburq – Auqsburq 1:3
Vimmer, 9 – Ar. Mayer, 45+2. Yakiç, 61; 79. (21375)
Maynts-05 – Bohum 2:0
Burkardt, 45+3-p.; 71. (33000)
1. Bayer-04 26 22 4 0 66-18 70
2. Bavariya 26 19 3 4 78-31 60
3. Ştutqart 26 18 2 6 60-31 56
4. Borussiya D 26 14 8 4 53-32 50
5. Leyptsiq 26 15 4 7 60-32 49
6. Ayntraxt F 26 10 10 6 42-35 40
7. Auqsburq 26 8 8 10 43-42 35
8. Hoffenhaym 26 9 6 11 44-50 33
9. Frayburq 26 9 6 11 36-48 33
10. Verder 26 8 6 12 35-41 30
11. Haydenhaym 26 7 8 11 35-44 29
12. Borussiya M 26 6 10 10 46-50 28
13. Union 26 8 4 14 25-42 28
14. Volfsburq 26 6 7 13 31-44 25
15. Bohum 26 5 10 11 30-54 25
16. Maynts-05 26 3 10 13 22-46 19
17. Köln 26 3 9 14 20-47 18
18. Darmştadt 26 2 7 17 26-65 13
Bombardirlər: Keyn (Bavariya) – 31, Girassi (Ştutqart) – 22, Openda (Leyptsiq) – 19, Dəniz Undav (Ştutqart), Demiroviç (Auqsburq) – 14.
Növbəti turun oyunları martın 30-31-də keçiriləcək: Bavariya – Borussiya D, Ayntraxt F – Union, Borussiya M – Frayburq, Verder – Volfsburq, Leyptsiq – Maynts-05, Auqsburq – Köln, Bayer-04 – Hoffenhaym, Ştutqart – Haydenhaym, Bohum – Darmştadt.

Turun rəqəmi
31 – Keyn 25-ci bundesliqa matçında 31-ci qolunu vurmaqla həm turnirin, həm də şəxsi rekordunu yenilədi. İngiltərə yığmasının kapitanı Uve Zeelerin 1963/64-dəki göstəricisini geridə qoyaraq bundesliqa tarixində debüt mövsümündə ən çox qol vuran futbolçuya çevrildi. Bundan başqa, çempionat çərçivəsində 31 qol Keynin peşəkar karyerasında ən yaxşı göstəricidi. Buna qədər o, “Tottenhem”in heyətində premyer-liqada bir mövsümə ən yaxşı halda 30 qol vurmuşdu (2017/18, 2022/23).

Turun ulduzu
Camal Musiala (Bavariya) – qarşıdan gələn Avropa Çempionatında almanların ən çox ümid bəslədiyi futbolçulardan biri ikinci dövrənin gedişində əla forma yığıb. Autsayderlə oyundakı qələbədə 2 qol, 1 məhsuldar ötürməlik parlaq performans sərgiləyən 21 yaşlı futbolçu bu mövsüm bundesliqada 10 qol həddinə çatdı. Camal bunlardan 7-ni 2024-cü ildə vurub. Onu da bildirək ki, Musiala komandasının bundesliqada keçirdiyi son 5 oyunun hamısında ən azı 1 qolun vurulmasında yaxından iştirak edib.

Turun sitatı
Manuel Noyer, “Bavariya”nın kapitanı:

“Oyunumuzdan və qələbədən razıyam. Hətta hesabda geri düşəndən sonra da öz oyun tərzimizə sadiq qaldıq. Çoxlu qol vəziyyəti yaratdıq və onlardan yararlana bildik. Bizdə oyunun axarını hər an dəyişə biləcək futbolçular var. Musiala yaxşı formada olanda onun qarşısını kəsmək çətindi. Yeganə üzücü məqam çox qol buraxmağımızdı. Komanda daxilində bu durumu təhlil etməliyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

18-09-2022, 12:0

''Fənərbaxça''ya lazım olmayan Berişa ''Bavariya''nın ''evini yıxdı''

Dünya futbolu

24-02-2024, 16:0

''Qarabağ''ın rəqibi Almaniya futbolunda yeni tarix yazdı

Dünya futbolu

30-11-2023, 19:0

''Bavariya''nın iki rekord seriyası qırıldı

Dünya futbolu

7-02-2024, 19:0

Liderlər mövsümün şah oyunundan öncə büdrəmədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

3-05-2023, 16:0

Lider yenə dəyişdi, hakim səhvini etiraf etdi - TURUN ŞƏRHİ

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 95
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə