• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

2-ci yer uğrunda mübarizə kəskinləşir – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

19-03-2024, 22:0

Misli premyer-liqasının 27-ci turuna srağagün yekun vuruldu.

Daha doğrusu, 2-ci yer uğrunda amansız mübarizənin daha bir səhifəsi qapandı. Həmin yerə iddialılardan “Neftçi” və “Sabah” qələbə qazandısa, “Səbail” və “Sumqayıt” uduzdu. “Zirə”nin də qələbə qazanmasıyla zirvədə mübarizə gərginləşdi.

Turun ilk oyununda “Neftçi” ilə “Səbail” qarşılaşdı. Hər ikisi eyni xala malik olduğundan oyunun gərgin mübarizə şəraitində keçəcəyi anlaşılan idi. Sadəcə, “ağ-qaralar” rəqibə şans vermədi. Doğrusu, meydandakı oyuna və tablodakı hesaba baxanda təzad yaranırdı. Çünki “dənizçilər” ilk hissədən etibarən 2 top geriyə düşdükləri üçün maksimum dərəcədə rəqibi təzyiq altında saxlayır, lakin qol istəyinə çata bilmirdi. 3:0 hesabının qətiyyən oyunun axarına uyğun olmadığını iddia edə bilər. Hər halda, “Neftçi” məhz bu qələbə sayəsində 2-ci pilləyə yüksəldi. Sonradan aydın olacaqdı ki, cəmi ikigünlüyə.

“Zirə” – “Kəpəz” qarşılaşması isə “qartallar” üçün “U” dönüşü oldu. 2-ci yer uğrunda mübarizədən tədricən geri düşdükləri məqamda qazanılan qələbə onların işinə yaradı. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da yığma fasiləsinə qələbə ilə yollanmağın komandasının toparlanması baxımından yaxşı olduğunu bildirdi. “Sarı-göylər”, demək olar ki, premyer-liqada qalmağı təmin etsə də, Adil Şükürov məğlubiyyətdən narazıdı. Çalışdırıcı istədiyi aqressivliyi futbolçularında görmür. Düşünürəm ki, milli fasilənin yaranması “Kəpəz”ə də yaxşı mənada təsir edəcək. Çünki komanda stadionu təmirdə olduğundan ev oyunlarını fərqli yerlərdə keçirir. Oyunçular daim səfər etdiyindən çox yorulub. İkihəftəlik fasilə gəncəlilərə nəfəsini dərmək imkanı verəcək.

Bəlkə də çempionatda hazırda formada olmayan iki komanda varsa, biri “Qəbələ”di, biri də “Araz-Naxçıvan”. “Qırmızı-qaralar” artıq elitadan düşməyin biraddımlığındadı. Muxtar Respublika təmsilçisi isə mövsümün əvvəlindəki oyununu tam itirib. Oyun hər iki komanda üçün böyük əhəmiyyət daşıyırdı. “Liv Bona Dea Arena”, köhnə adıyla isə “Dalğa” stadionunda keçirilən görüşdə heç-heçə qeydə alındı. Amma nə Azər Bağırov istədiyinə çatdı, nə də Kaxaber Sxadadze. Çünki hər kəs bir-birinin yaxşı vəziyyətdə olmamasından xəbərdar idi. Sadəcə, Kurdiçin qırmızı vərəqəsi oyunun axarını dəyişdi. Hətta Sxadadze müdafiəçini hücumameyilli futbolçu ilə əvəzləsə də, qələbə hədəfinə çatmadı.

Avropa Liqasında mübarizəni dayandıran “Qarabağ” ardından ilk görüşə səfərdə çıxdı. Tovuza yollanan Ağdam təmsilçisi xoş və çal-çağırla qarşılandı. Tovuzlu azarkeşlərin “köhlən atlar” üçün açdığı pankartda “Avropadakı qürürumuz, Tovuza xoş gəlmisən” yazılmışdı. Bu oyunla bağlı çox danışmağa ehtiyac olmadığını düşünürəm. Çünki aşkar favoriti bəllidi. Fəqət Ayxan Abbasovun yetirmələrindən əzmkar mübarizə görmək, eyni zamanda dolub-daşan tribunalardan dəstəyi mübarizəyə rəng qatdı. Bu başqa məsələ ki, Tural Qurbanov 90+5-ci dəqiqədə tovuzluların qapısına yersiz penalti təyin etməklə bayram ab-havanı korladı.

“Sumqayıt” – “Sabah” görüşü turun son qarşılaşması oldu. Oyunu önəmli edən məqamlardan biri qalib komandanın 2-ci pilləyə yüksələcəyi idi. Masazır təmsilçisi bu mübarizədən üstün ayrıldı. Bununla da “bayquşlar” Krunoslav Renduliçin rəhbərliyi altında ardıcıl 2-ci qələbəsini qazandı və 2-ci yer uğrunda mübarizəni bir qədər də gərginləşdirdi. Samir Abasovun komandası isə bu məğlubiyyətlə 5-ci pilləyə düşdü. Millilər üçün fasilədən sonra komandaların necə mübarizə aparacağı böyük maraqla gözlənilir.

Misli premyer-liqası
3-cü dövrə, 27-ci tur
15 mart
Neftçi – Səbail 3:0
16 mart
Zirə - Kəpəz 2:1
Araz-Naxçıvan – Qəbələ 1:1
17 mart
Turan Tovuz – Qarabağ 1:3
Sumqayıt – Sabah 1:3
1. Qarabağ 27 21 3 3 71-23 66
2. Sabah 27 11 7 9 39-32 40
3. Neftçi 27 11 7 9 34-29 40
4. Zirə 27 10 9 8 21-18 39
5. Sumqayıt 27 10 9 8 26-32 39
6. Səbail 27 10 7 10 39-41 37
7. Turan Tovuz 27 9 8 10 41-38 35
8. Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9. Kəpəz 27 7 6 14 29-47 27
10. Qəbələ 27 4 4 19 20-51 16
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 15, Aleksandr Ramalinqom (Səbail) – 11, Orxan Əliyev (Araz-Naxçıvan), Yassin Benzya (Qarabağ) - 9.
Növbəti turun proqramı
29 mart, 16.30. Qəbələ - Neftçi
29 mart, 19.00. Kəpəz – Qarabağ
30 mart, 16.30. Səbail – Turan Tovuz
30 mart, 19.00. Sabah – Zirə
31 mart, 18.00. Sumqayıt – Araz-Naxçıvan

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

28-11-2023, 19:0

"Qarabağ" liderliyə yüksəldi, "Neftçi" yenə naxçıvanlılarla bacarmadı – TURUN ŞƏRHİ

Premyer-liqa

4-10-2023, 13:0

“Qarabağ” artıq zirvəyə şərikdi – TURUN ŞƏRHİ

Premyer-liqa

12-10-2022, 21:0

“Səbail” autsayderlər qrupundan uzaqlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Reportaj

24-05-2023, 18:0

“Sumqayıt” rəsmiləşdirdi, iki suala aydınlıq gəlmədi – TURUN ŞƏRHİ – TURUN ŞƏRHİ

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 250
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 164
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə