Ölkə kubokunun 1/8 finalının “Qarabağ – MOİK oyunu ilə bağlı təşkilati məsələlərlə yerində məşğul olmaq üçün dekabrın 16-sı səhər saatlarında Xankəndinə yollanarkən ağır qəza keçirən Peşəkar Futbol Liqasının rəhbərliyi ilə bağlı yeni xəbərlər var.
Qurumun prezidenti Elxan Səmədovla vitse-prezident Aslan Şahgəldiyevin vəziyyəti getdikcə yaxşılaşır. Bu barədə PFL-in media və marketinq direktoru Sənan Abdullayev bizə bilgi verdi:
"Elxan müəllimin əməliyyatı uğurlu keçib. Həkimlərin dediyinə görə, hər şey qaydasındadı. Artıq bir-iki gündən sonra tam bərpa prosesinə başlanılacaq. Daha sonra fizioterapiyaya keçiləcək və inşallah, yavaş-yavaş ayağa qalxması üçün çalışılacaq. Aslan müəllimin fizioterapiyası davam edir. Bəli, ayağa qaldırılır və müəyyən məsafələrə yeriyir. Amma hələ də bərpasına zaman var. Bu bərpa prosesi də davam edir. Yəni hər şey qaydasındadı və doğrudu. Sadəcə, bir az vaxt lazımdı. Biz isə xeyli vaxtdı iş başındayıq”.
KAMAL SƏFƏR