Onun "Football-plus.az"a söylədikləri:
"Elxan müəllimin əməliyyatı ilə bağlı dəqiq gün deyə bilməyəcəm. Amma yaxınlarda olacaq. Bu əməliyyatdan sonra bərpa prosesini yekunlaşdırma mərhələsinə keçiləcək. Hazırda əhval-ruhiyyəsi yerindədi. Hansısa sualımız, məsləhətimiz olarkən onların icrasında rəhbər kimi öz rolunu oynayır və məsləhətlərini verir. Onun verdiyi tapşırıqları yerinə yetiririk. Bir neçə dəfə xəstəxana şəraitində kiçik iclasımız da olub. Ayağında sonuncu əməliyyat qalıb. Əməliyyatdan sonra bədənin tam bərpa mərhələsinə başlanılacaq. Aslan müəllimin də əhvalı yaxşıdı. Sağ ayağında əvvəlki kimi problem qalmaqdadı. Sinirlə bağlı olduğuna görə zamana ehtiyacı var. Həkimlər onun müəyyən məsafələrə yeridilməsinə şərait yaradırlar. Xəstəxana şəraitində yeriyir. Həkimlər fizioterapiya mərhələsinin davam etməsini məsləhət görüb. Bu mərhələ də müsbət yöndə davam edir".
GÜNAY SÜLEYMANOVA






