“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisi dünən axşam Tovuza yollanıb. Şəhər sakinləri Qurban Qurbanovu və onun komandasını çal-çağırla qarşılayıb. Xüsusi qarşılamanın ideya müəllifini öyrənmək üçün azarkeşlərlə iş üzrə əlaqələndirici Kamal Saqqayevlə danışdıq:
“Bildiyiniz kimi, “Qarabağ” ölkəmizi Avropada layiqincə təmsil etdi. Ona görə biz də onları yüksək əhval-ruhiyyədə qarşıladıq. Həm də biz tovuzlular qonaqpərvərik. Belə məsləhət gördük ki, “Qarabağ”ı dəstəkləyək. İdeyaya gəlincə, bir yerdə məsləhətləşib belə addım atdıq”.
KAMAL SƏFƏR





