Futbol ictimaiyyətinin diqqəti bu gün keçiriləcək “Qarabağ” – “Braqa” matçına yönəlib.
Bildiyiniz kimi, Ağdam təmsilçisi səfər oyununda 4:2 hesabıyla qələbə qazanmaqla Avropa Liqasının 1/8 finalın “qapısını aralayıb”. Görəsən, “köhlən atlar” bu uğurun davamını gətirə biləcəkmi? Bu haqda düşüncələrini öyrənmək üçün yığmamızın, həm də “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirovla danışdıq. Onun “Football-plus.az”a söylədikləri:
“Qarabağ”ın bu mərhələni rahat şəkildə keçəcəyinə inanıram. Çünki Portuqaliyadakı səfər qarşılaşmasından da qələbə ilə qayıtdılar. Bununla göstərdilər ki, istənilən rəqibə qarşı mübarizə apara bilərlər. Əlbəttə, səfərdəki 2 topluq üstünlüyə görə arxayınlaşmaq olmaz. Komandanın da bu şansı əldən verəcəyini düşünmürəm. Bu təkcə “Qarabağ”ın yox, həm də Azərbaycan futbolunun uğurudu. Bütün komandaya uğurlar arzulayıram”.
KAMAL SƏFƏR