İndi bütün ölkə “Qarabağ” – “Bayer-04” oyununun həyəcanını yaşayır.
Ağdam təmsilçisi pley-offda “Braqa”nı mübarizədən kənarlaşdırmaqla tarix yazdı. Bugünkü rəqib isə daha güclüdü. Tarixi qarşılaşmayla bağlı fikirlərini öyrənmək üçün “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılovla danışdıq. Onun “Football-plus.az”a dedikləri:
“Əlbəttə, fakt odu ki, favorit “Bayer-04”dü. Çox çətin, güclü və keyfiyyətli rəqibdi. Hansı ki, Avropada rəqiblərinə “qan uddurur”. Bu qədər çətin görünməsinə baxmayaraq, həmişə “Qarabağ”ımıza inanmışam. Çünki yetərincə təcrübəsi, keyfiyyətli futbolçuları və məşqçiləri var. Buna görə də ən azı evdə məğlub olmayacağına inanıram. Səfər oyunu haqda isə bir şey deyə bilmərəm. Çətin olacağı bəllidi. Burdakı görüşün hesabına görə səfər matçının necə olacağı barədə mülahizə yürüdə bilərik. Bu üzdən də ilk oyunun əhəmiyyəti böyükdü”.
KAMAL SƏFƏR