Bu gün keçiriləcək “Turan Tovuz-2” – “Qarabağ-2” oyunu ilə əvəzedicilərin çempionatında 10-cu tur start götürəcək. Təbii ki, aşkar autsayder olan tovuzlular ortabab ağdamlıları məğlub etməyə, turnir cədvəlində irəliləməyə çalışacaq.
"Football-plus.az" xəbər verir ki, turun qalan oyunları isə oktyabrın 21-22-də keçiriləcək.
19 oktyabr
Turan Tovuz-2 – Qarabağ-2
Tovuz, şəhər stadionu. Saat 14.00.
Xal durumu: Neftçi-2 – 24, Qəbələ-2 – 20, Zirə-2 – 17, Sabah-2 – 16, Qarabağ-2 – 13, Sumqayıt-2 – 12 Araz-Naxçıvan-2 – 10, Səbail-2 – 7, Turan Tovuz-2 – 6, Kəpəz-2 – 5.
Bombardir: Sənan Ağalarov (Qəbələ-2) – 9.