• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Prosesin müsbət, yoxsa mənfi yöndə irəliləyəcəyi bəlli deyil” - "Kəpəz"lə "F-Holdinq" niyə anlaşmır?

Premyer-liqa / Manşet

17-03-2024, 14:0

“Kəpəz”ə sponsor tapılmasıyla bağlı iddialara bir qədər aydınlıq gətirmişdik.

Xatırlatmaq lazımdısa, “F-Holdinq” şirkəti klubun infrastrukturuyla tanış olmaq məqsədilə Gəncəyə yollanmışdı. Daha sonra şirkətin idman departamentinin direktoru Zamin Əsədullayev bildirmişdi ki, “sarı-göylər”lə bağlı inkişaf planımız və 5 ili əhatə edən strategiyamız var. Əlbəttə, bu açıqlama ilə tanış olan “Kəpəz” azarkeşləri sevincdən “qanadlanmışdı”. Çünki onlar neçə ildi maliyyə sıxıntısı yaşayan komandanın halına yanır və düşünürlər ki, bu problem həll olunsa, əvvəlki əzəmət geri qayıdacaq. Təbii ki, belə fikirlərin haqlılıq payı çoxdu. Lakin klubun icraçı direktoru İlqar Nadirinin sport24.az saytına müsahibə daşların yerinə oturmasına imkan vermir:

“Mənə FİF-in icraçı direktoru Tural Piriyev zəng edib ki, bir şirkət var, nümayəndələrinə Mingəçevir və Gəncədəki şəraiti göstərəcəm. Cavab verdim ki, heç bir problem yoxdu, buyurun, gəlin, ordakı əməkdaşlarımız sizi qarşılayacaq. Amma nə şirkət adı deyilib, nə bizə sponsor olmaq istəyindən danışılıb, nə də əməkdaşlıqla bağlı başqa məsələlər müzakirə olunub. Onu da qeyd edim ki, biz özümüz də sponsor axtarışındayıq. Bazaya kimlərisə dəvət edirik. Burda qeyri-adi nəsə yoxdu. Bizə dəstək verəcək hər bir şəxsin, şirkətin köməyində maraqlıyıq. Amma ortada nəsə olmadığı halda qeyd edirlər ki, “Kəpəz”lə bağlı 5 illik strategiyamız var”, “klubu irəli aparacağıq”. Bunu deyənlərə sual vermək lazımdı ki, siz nə vaxt gəlib “Kəpəz”in mövcud vəziyyəti, bazası, infrastrukturu, təmir və yenidənqurma işləriylə maraqlandız? Bəlkə klubun bir sıra öhdəlikləri var? Bu sadaladıqlarımdan xəbərsiz ola-ola, necə “Kəpəz”ə sponsor olmaq olar? Ümumiyyətdə, “F-Holdinq” haqda məlumatımız yoxdu, nə işlə məşğul olmasından da agah deyilik. Onu da deyim ki, bizə tərəf addım atanlara 10 addımla cavab veririk. Lakin maraqlarımızı bütün çılpaqlığıyla dilə gətirməliyik. Onlar bizi, biz də onları tanımalıyıq. Futbolu qoyaq kənara, məsələnin biznes tərəflərini daha çox fikirləşməliyik. Sponsor olacaq tərəflə işçilərimizin sayı, baza, infrastruktur, təmir işləri, akademiyamız, stadionumuzun gələcəkdəki vəziyyəti və s. haqda danışıqlar aparmalıyıq. Qısası, hüquqşünaslar, rəhbər şəxslər qarşılıqlı əməkdaşlığı geniş müzakirə etməlidi”.


Həqiqətən hazırda mövzuyla bağlı dəqiq mülahizə yürütmək mümkün deyil. Potensial sponsor artıq müqaviləyə imza atılmış kimi danışırsa, İlqar bəy ilkin razılığın belə əldə olunmadığını, ən əsası, hansısa rəsmi təklif və ya dəvətdən söhbət getmədiyini bildirir. “Futbol+” olaraq, dünən klub rəhbərinin özüylə həmin mövzuda, lakin başqa suallar ətrafında söhbətləşmək istədik ki, məsələni oxucularımıza aydın şəkildə izah edə bilək. Təəssüf ki, o, buna razı olmadı. Görünür, İlqar bəyin Zamin Əsədullayevdən fərqli tələsik danışmaq istəmir. Hörmətlə qarşılayırıq, bu, öz yerində. Lakin klubdan aldığımız bu açıqlamayla siz də tanış olun:

“Bilindiyi kimi, Futbolun İnkişaf Fondu tərəfindən klublara sponsorların tapılması yönündə görüşlər təşkil olunur. Bu da növbəti səfər çərçivəsində reallaşıb. Gəlib infrastrukturla tanış olub gediblər. “Kəpəz”ə rəsmi müraciət daxil olmayıb və bu çərçivədə görüş keçirilməyib”.

Belədə FİF-in icraçı direktoru Tural Piriyevə yenidən müraciət etməyə ehtiyac yarandı. Çünki rəsmi görüşün keçirilib-keçirilməyəcəyi, “Kəpəz”in sponsor tapması yönündə ciddi addımların atılıb-atılmayacağı sual altındadı. Ümumiyyətlə, tərəflərin bir-birinə əks fikir yürütməsi nəyə gətirib çıxara bilər? Sualların cavabı üçün Tural bəyi dinləyək:

“Bu məsələ ətrafında müzakirələrlə tanışam. Hadisələrin axarını izləyirik. Əvvəl bir mövzuya aydınlıq gətirim. Bilindiyi kimi, FİF-in yaradılmasında məqsəd klubların maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində işlər görməkdi. Qısası, biz indiyə qədər dəfələrlə şirkətlərlə görüşlər keçirmişik. Həqiqətən, futbola maliyyə ayırmaq istəyən çoxsaylı iş adamlarıyla danışmışıq. Fikir vermisizsə, bu yöndə xəbərlər mətbuatda yer almayıb. İlk dəfədi ki, hələ imzalar atılmadan hansısa şirkətin belə açıqlaması yayılır. Bunu onların təcrübəsizliyiylə əlaqələndirirəm. “Kəpəz”in rəhbəri İlqar Nadirinin müsahibəsiylə də tanışam. Onun fikirləriylə tam razıyam və dəstəkləyirəm. O qədər olub ki, potensial sponsor böyük vədlərlə çıxış etdiyi halda, hansısa detalda anlaşma əldə edilmədiyindən imzalar atılmayıb. O da baş verib ki, ümidsiz yanaşdığımız iş uğurla nəticələnib. Bu üzdən erkən danışmaq o qədər də doğru üsul deyil. Göründüyü kimi, “Kəpəz”in sponsora böyük ehtiyacı var. Bu işin alınmasında maraqlıdılar. Qarşı tərəf də müsbət danışır. Burda FİF-in rolu potensial sponsoru klubun infrastrukturuyla tanış etməkdi. İndi sözügedən şirkət rəsmi təkliflə çıxış etməlidi. İstəyini bildirməli və kluba sponsor olmaq məqsədini rəsmi tərzdə dilə gətirməlidi. Yəni konkret klub, qarşı tərəfin rəhbərliyi və FİF-in iştirakıyla görüşlər keçirilməli, vacib detallar ətrafında müzakirə aparılmalıdı. Ən azı bilirik ki, imzanın çəkiləcəyi ana qədər götür-qoy edilməli xeyli məsələ var. Tərəflərin münasibəti bir çox mövzuda üst-üstə düşməlidi. Yoxsa ortaq məxrəcə gəlmək çətin olur. İndiki durumda prosesin müsbət, yoxsa mənfi yöndə irəliləyəcəyi bəlli deyil. Konkret rəsmi razılaşma olmadıqca danışmaq yersizdi. Ümid odu ki, yarandığımız gündən bəri bizim üçün prioritet məsələ olan problem aradan qalxar və “Kəpəz” sponsoruna qovuşar. Bir gün tez və ya gec... Əsas məsələ hər iki tərəf üçün faydalı razılığın əldə olunmasıdı”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-03-2024, 21:0

"Sponsorun olması üçün istək və ya müəyyən maliyyənin ayrılması bəs etmir" - "Kəpəz"in ciddi problemi...

Premyer-liqa / Manşet

2-03-2023, 18:0

"Kəpəz"lə bağlı Gəncədə vacib tədbir keçiriləcək

Ölkə futbolu / Manşet

13-02-2024, 18:0

FİF "Zaqatala"dan sonra "Kəpəz"ə də sponsor tapdı? - RƏSMİ AÇIQLAMA

Ölkə futbolu

20-01-2024, 21:0

“Kəpəz”in veteranları AFFA-nın baş katibindən görüş istədi

Premyer-liqa / Manşet

12-03-2023, 15:0

Ümid edirəm ki, yaxın vaxtlarda “Kəpəz”in yeni sponsorla anlaşdığı xəbərini eşidəcəyik - AÇIQLAMA

Ölkə futbolu / Manşet

19-06-2022, 19:0

Futbolun İnkişaf Fondunun əməkdaşları Gəncədə nəyi müzakirə edib?

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
Daha çox
Oxunub: 159
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 91
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə