• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Sponsorun olması üçün istək və ya müəyyən maliyyənin ayrılması bəs etmir" - "Kəpəz"in ciddi problemi...

Premyer-liqa / Manşet

13-03-2024, 21:0

Bir neçə gündü mətbuat “Kəpəz”in sponsorla anlaşdığı haqda xəbərlərlə dolub-daşır. Söhbət “F-Holding”dən gedir. İddialara görə, sözügedən şirkət artıq Gəncə təmsilçisinin maddi dayağına çevrilməyi qəbul edib və danışıqlar başa çatmaq üzrədi. Halbuki sözügedən potensial sponsorun Mingəçevirdə də olduğu və bölgənin eyniadlı təmsilçisiylə görüş keçirdiyi bəllidi. İnformasiyaların ciddiliyini nəzərə alıb məsələni araşdırmaq qərarına gəldik.

Maraqlıdı ki, şirkət sonuncu dəfə ölkəmizdə işğaldan azad edilmiş ərazilərlə bağlı layihəylə gündəmə gəlib. Ötən ilin dekabrında Memarlıq və İnşaat Universitetiylə “F-Holding” arasında anlaşma memorandumu imzalanıb. Sənədə ali təhsil müəssisəsinin rektoru Gülçöhrə Məmmədova ilə şirkətin direktoru Fərid Mustafayev qol çəkib. Layihə çərçivəsində memarlarımızın xaricdə, həmçinin əcnəbi memarların ölkəmizdə fəaliyyətinə şərait yaradılıb. Beləliklə, əcnəbi memarların abidələrimizin restavrasiyasında fəaliyyətinə dəstək verilib.

Diqqətçəkən başqa məqam isə şirkətin idman departamentinin direktoru Zamin Əsədullayevin fikirləridi. O, sport24.az saytına müsahibəsində “Kəpəz”lə bağlı 5 illik plandan, ayrılacaq vəsaitin hansı istiqamətlər üzrə xərclənəcəyindən danışıb. Üstəlik “sarı-göylər” 1-ci liqaya yuvarlansa belə, bunun sponsorluq müqaviləsinə hansısa təsirinin olmayacağını bildirib. Klubun maliyyə baxımından tam təmin ediləcəyini deyərək azarkeşləri tribunalara çağırıb. Şirkət rəsmisinin belə danışması düşünməyə vadar edir ki, artıq hər şey həll olunub və gəncəlilərin çətin günləri geridə qalmaq üzrədi. Bütün bunlara rəğmən, bəllidi ki, prosesin gedişində həm klubun, həm də Futbolun İnkişafı Fondunun (FİF) mövqeyi önəmlidi.

Şirkətin iş prinsipləri və hədəfləri aydın olduğundan FİF-in icraçı direktoru Tural Piriyevə müraciət etdik:

“F-Holdinq” məsələsi klublar üçün sponsor axtarışımızın davamı kimi nəzərdə tutulan prosesin nəticəsidi. Birinci dəfə deyil ki, belə şirkətlərlə danışıqlar olur, görüşlər keçirilir. Yəni onların klublara sponsor olub-olmayacağı hələ dəqiq deyil. Hələ ki danışıqların ilkin mərhələsindəyik. Araşdırırıq, öyrənirik. Bilmək istəyirik ki, qarşı tərəf hansı təkliflərə açıqdı və ya maraqlarımızın üst-üstə düşdüyü məqamlar varmı? İndiki durumda “F-Holdinq”in klubla tanışlıq mərhələsindəyik. Potensial sponsor ümumi durumu öyrənməlidi ki, gözləntiləri bunun üzərinə qursun. Mingəçevir və Gəncəyə səfərin mahiyyəti də məhz bu idi. Burdakı fərqli məqam isə şirkət rəsmisinin açıqlamalarıdı. Mediaya belə məlumatların verilməsi məni təəccübləndirdi. Çünki hələ ilkin mərhələdəyik və uzun müddəti əhatə edən danışığımız olmayıb. Düşünürəm ki, hədəflərin, strateji planların açıqlanması üçün həddən artıq tələsiblər. Sponsorun olması üçün istək və ya müəyyən maliyyənin ayrılması bəs etmir. FİF olaraq bildirək ki, öncəliklə şirkətin kluba faydalı olub-olmayacağını təyin etməliyik. Strategiya isə klub rəhbərliyi ilə birgə razılaşdırılmalıdı. Ümid edirik ki, yaxşı olacaq, “Kəpəz” və ya “Mingəçevir” ilə tərəfdaşlıq müqaviləsinin imzalanmasına birgə nail olacağıq. Amma belə açıqlamaların razılaşdırılandan sonra səsləndirilməsinin tərəfdarıyıq. Hələ ortada bir şey yoxdu. Sponsorluq məsələsi elədi ki, imzalar atılana qədər dəqiq danışmaq olmur. Və bu bir ay da, bir il də çəkə bilər. İnşallah, tərəflər arasında bütün münasibətlər düzgün qurular və gələcəkdə tərəfdaşlığa mənfi təsir göstərəcək amillər qeydə alınmaz. Əsas funksiyamız budu və işimizi maksimum dərəcədə yaxşı görmək istəyirik. İlkin mərhələdə olduğumuz üçün sponsorluq müqaviləsi “Kəpəz”lə də, “Mingəçevir”lə də imzalana bilər. Heç biri olmaya da bilər. Yekun nəticəni zaman göstərəcək”.

“Kəpəz”dən mövzuyla bağlı saytımıza verilən açıqlama isə belə oldu:

“Klub rəhbərliyi olaraq, FİF-lə birgə çalışırıq. Bu, bizim və fond rəhbərliyi üçün hazırda ən prioritet məsələdi. Həm birlikdə, həm də ayrı-ayrılıqda müxtəlif səviyyələrdə görüşlər keçirilir, müzakirələr aparılır. İş adamları və şirkətlərlə danışıqlar olur. Təəssüf ki, hələ müsbət yöndə irəliləyiş yoxdu. İstər klubumuz, istərsə də FİF tərəfindən ayrı-ayrı şirkət təmsilçiləri mövcud şəraitlə tanış olmaq üçün bazaya dəvət olunur. Bəli, növbəti belə görüş keçirilib. Lakin hansısa razılıq əldə edilməyib. Sadəcə, bazaya baxış olub. Təbii ki, kluba sponsor tapılarsa, biz buna yalnız sevinə bilərik. Çünki məqsədimiz Gəncə futbolunu layiq olduğu yerə qaldırmaqdı”.

Göründüyü kimi, “F-Holdinq”in rəsmisi Zamin Əsədullayevlə “Kəpəz”in və FİF-in mövqeyi üst-üstə düşmür. Məhz bu üzdən mövzunu diqqət mərkəzində saxlamağa davam edəcəyik.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

10-01-2024, 22:0

FİF-dən “Kəpəz” azarkeşlərinə sponsorla bağlı şad xəbər

Dünya futbolu

24-03-2022, 14:0

Məşhur şirkət Niderland klubunu aldı

Premyer-liqa / Manşet

27-08-2022, 13:0

Məşhur şirkət "Kəpəz"in bu problemini həll edir - AÇIQLAMA

Premyer-liqa / Manşet

12-03-2023, 15:0

Ümid edirəm ki, yaxın vaxtlarda “Kəpəz”in yeni sponsorla anlaşdığı xəbərini eşidəcəyik - AÇIQLAMA

Premyer-liqa / Manşet

2-11-2023, 21:0

“Kəpəz” Mehman Allahverdiyev müəmmasına aydınlıq gətirdi

Aktual
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
Son xəbərlər
  • Bu gün, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Bu gün, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Bu gün, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Bu gün, 18:26
    Birmingemdən Londona yollandı
  • Bu gün, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Bu gün, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Bu gün, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Bu gün, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Bu gün, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Bu gün, 14:41
    “Dinamo”da kimlər var?
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 175
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə