Meyson Mountun yaşıl meydan həsrəti sona çatır.
“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi zədəsini sağaldıb. Klubun mətbuat xidmətinin məlumatına görə, 25 yaşlı futbolçu komanda ilə məşqlərə başlayıb. Mount zədə səbəbindən ötən ilin noyabrından meydana çıxmırdı.
Meyson bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib və bir 1 məhsuldar ötürmə edib.