“Bavariya”nın oyunçusu Sadio Mane zədəsini sağaltmaq üzrədi.
“Bild” qəzetinin yaydığı məlumata görə, 30 yaşlı hücumçu fevralın 20-dən gec olmayaraq komanda ilə məşqlərə başlayacaq. Onun martın 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə keçiriləcək cavab oyununda meydana çıxa biləcəyi bildirilib.
Qeyd edək ki, Mane bu mövsüm Çempionlar Liqasında 6 oyun keçirib, 3 qol vurub və 1 qolun ötürməsini verib. O, zədə səbəbindən noyabr ayından yaşıl meydanlarda görünməyib.