Ölkə kubokunda finalın keçiriləcəyi stadion açıqlandı

15.03.2024 15:30 185
Ölkə kuboku
Ölkə kubokunda 2023/24 mövsümünün final qarşılaşmasının keçiriləcəyi stadion müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının yaydığı açıqlamada bildirilib.

PFL-in qərarına əsasən görüş “Liv Bona Dea Arena”da (keçmiş "Dalğa Arena") keçiriləcək. 2 iyun tarixində keçiriləcək final oyununun başlama saatı, eyni zamanda həlledici matçın detalları ilə bağlı Peşəkar Futbol Liqasının əlavə məlumat veriləcəyi bildirilib.