Serbiya - Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşib

3.08.2023 19:51 248
Yığma
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Serbiya - Azərbaycan qarşılaşması sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək. Oyunun başlama vaxtı ilə bağlı məlumat verilməyib.