“Latsio”nun qapıçısı İvan Provedel zədələnib.
Bu vəziyyətin qeyri-adiliyi onun zədə aldığı mıkanla bağlıdı. Əlcək sahibi İtaliya çempionatının 28-ci turunun “Udineze” ilə matçında sıradan çıxıb. İvan komandasının 1:2 hesabı ilə uduzduğu matçın sonlarında rəqibin cərimə meydançasına şığıyıb. O, məhz meydanın bu hissəsində zədələnib. Qapıçı komandasının hücum xəttini gücəndirməklə məğlubiyyətdən qaçmasına yardım etmək istəyib. Lakin künc zərbəsi yerinə yetirilərkən zədə alıb.
Xatırladaq ki, Provedel Çempionlar Liqasının “Atletiko” ilə oyununun (1:1) son dəqiqələrində “Latsio”nu məğlubiyyətdən xilas edən qolun müəllifi olmuşdu. Amma bu dəfə istəyi baş tutmayıb.