“Liverpul”un hücumçusu Afrika Millətlər Kubokunun Qana ilə oyununda (2:2) sıradan çıxıb.
Hələ ki, onun zədəsinin nə dərəcədə ciddi olduğuna aydınlıq gətrilməyib. Amma Məhəmmədin zədə alması Yürgen Kloppu şoka salıb. “Liverpul”un almaniyalı baş məşqçisi bu hadisəyə belə reaksiya verib:
“Biz onun son durumu ilə bağlı heç nə bilmirik. Dünən axşam onunla danışdım. Onlar əlavə testlər edirlər. Mən o anda şokda idim. Məhəmməd nəsə hiss etdi. Biz bilirik ki, Salah çox nadir hallarda zədələnir, ona görə də nəsə var idi”.




