İngiltərə premyer-liqasında noyabr və dekabr aylarının laureatları müəyyənləşib. Hər iki nominasiyada “Arsenal”lılar qalib gəliblər.
“Topçular”ı çalışdıran Mikel Arteta son iki ayın ən yaxşı məşqçisi seçilib. “Arsenal” premyer-liqada noyabr və dekabrda keçirdiyi 4 oyunun hamısında qələbə qazanmışdı: Artetanın komandası “Çelsi” (1:0), “Vulverhempton” (2:0), “Vest Hem” (3:1) və “Brayton”u (4:2) məğlub edərək liderliyini qorumuşdu.
Son iki ayın ən yaxşı oyunçusu üçün nəzərdə tutulan mükafat isə Martin Edeqora çatıb. “Arsenal”ın 24 yaşlı yarımmüdafiəçisi noyabr-dekabr aralığında meydana çıxdığı 4 oyunda 3 qol vurmuş, 3 məhsuldar ötürmə vermişdi.