“Bayer-04” istədi, “Qarabağ” “hə” dedi, bir gündə 800 bilet satıldı

12.03.2024 19:50 230
Manşet / Avropa Liqası
Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer-04”- “Qarabağ” oyunu ücün bilet satışı başlayıb.

“Qarabağ”ın əvvəlki səfər oyunlarında bilet oyun günü satılırdısa, bu dəfə fərqli addım atılıb. Belə ki, dünən axşamdan etibarən “iTicket.az” vasitəsi ilə qiyməti 31 avro, sayı 1790 olan bileti almaq mümkündü. “Football-plus.az” bilet satışındakı dəyişikliklə bağlı “Qarabağ”ın mətbuat katibi Anar Haciyevin fikirləri öyrəndi:

“Onlayn satış təşəbbüsü “Bayer-04”dən gəldi. Onlar sırf oyuna qədər azarkeş sayının bilinməsi və təhlükəsizlik səbəbindən məhz hər şeyin onlayn olmasını istədilər. Biz də buna görə bu satışı “iTicket.az” ilə reallaşdırmışıq. Bütün azarkeşlərimiz öncədən vauçher əldə edirlər, sonra isə oyun günü bileti əldə edib stadiona daxil olurlar. Səhv etmirəmsə, indiyə qədər 800-ə yaxın bilet satılıb”.


ELMİN İSKƏNDƏRLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul