"Qarabağ" - "Bayer-04": satılan bilet sayı açıqlandı

2.03.2024 14:30 309
Avropa Liqası
Avropa Liqasının 1/8 mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer-04” oyununa bilet satışı davam edir.

"Football-plus.az" xəbər verir ki, 1 gün ərzində matça 27 min ədəd bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.