“Qarabağ” - “Bayer 04” oyununa 15 000 bilet satıldı

3.11.2023 11:34 267
Avropa Liqası
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer-04” klubuna qarşı keçirəcəyi ev oyununa 15 000 bilet satılıb.

“Football-plus.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma üçün bilet satışı davam edir.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manatdı.

Satış məntəqələri Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ”ın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdı. “Changan Azerbaijan”da isə VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer-04” oyunu saat 21.45-də başlayacaq.