"Qarabağ" bu gün “Linkoln”a (Cəbəllütariq) qarşı keçiriləcək oyuna satılan bilet sayını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” görüşünə 18 min 500 min bilet satılıb.
Xatırladaq ki, "Qarabağ" ilk oyunda 2:1 hesabı ilə qələbə qazanıb.
Bu gün saat 20.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
- Satış məntəqələri:
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu (11.00-dan 20.00-dək).