Əslində burda qıcıq doğurası məqam yoxdu. Hamıya bəllidi ki, Ağdamda stadion tikiləndən, lazımi infrastruktur yaradılandan sonra “Qarabağ” orda oynayacaq. Bu məsələ ilə bağlı fikirlərini öyrənmək üçün “İmarət Tayfa” azarkeş qrupunun rəhbərlərindən Elnur Quliyevlə danışdıq:
“Məncə, qıcıq yaratmır. Əslində azarkeşlərin bir-birinə o cür mesajları çox yaxşıdı. İstəyərdim ki, bu istiqamətdə daha yaxşı rəqabət aparılsın. Klublar öz aralarında necə rəqabət aparırsa, azarkeşlər də elə rəqabət aparır. Bu rəqabətdə azarkeşlərin açdığı pankartlar, say tərkibi, müxtəlif bəstələr, şüarlar və s. ola bilər. Lakin həmin plakatdakı yazının çox bəsit şüar olduğunu düşünürəm”.
KAMAL SƏFƏR





