Çempionatın səviyyəsi və rəqabətsizlik mühiti - AÇIQLAMA

2.11.2022 14:49 430
Ölkə futbolu / Manşet
"Qarabağ"ın avrokubok oyunları ilə müqayisədə ölkə çempionatındakı matçlarına olduqca az azarkeş gəlir.

"Football-plus.az" xəbər verir ki, "Neftçi"ylə görüşü nəzərə almasaq, qalan ev oyunlarında tribunada 300-650 aralığında azarkeş yer alır. Bunun səbəbini öyrənmək üçün "İmarət Tayfa"nın ən fəal üzvlərindən olan Elnur Quliyevlə əlaqə saxladıq:

"Stadionlara azarkeşlərin az gəlməsinin əsas səbəbi çempionatımızın səviyyəsinin və klublar arasında rəqabətin zəif olmasıdı. Heç bir klubu aşağılamaq kimi çıxmasın, fakt budu ki, "Qarabağ" Azərbaycan premyer-liqasındakı rəqiblərindən ən azı 2-3 baş üstündü. Düşünürəm ki, belədə Qurban Qurbanov üçün komandanı motivasiya etmək daha da çətin olur. Azarkeşlərin stadionları tam doldurmasını istəyiriksə, mütləq çempionatın səviyyəsi yüksəlməli, komandaların sayı artmaslı, güclü rəqabət olmalıdı. Mən bir azarkeş kimi çox istəyirəm ki, güclü "Turan", "Kəpəz" görüm, "Xəzər Lənkəran", "Karvan", "Şəmkir" kimi komandalar yenidən çempionatımızı bəzəsin. Belə olanda tək klublar yox, həm də azarkeşlər arasında güclü rəqabət olacaq ki, nəticədə stadionlar dolacaq".


ABDULLA İSMAYILOĞLU