“Barselona”nın yeni baş məşqçi axtarışı davam edir.
Bilindiyi kimi Xavi Ernandes mövsümün sonunda bu vəzifəni tərk edəcək. Rəhbərlik bir sıra namizədləri dəyərləndirəndən sonra Mikel Artetaya təklif irəli sürüb. “Relevo”nun məlumatına görə, “Arsenal”ın 41 yaşlı çalışdırıcısı İspaniya klubunun prezidenti Xuan Laporta və idman direktoru Deku Souzanın üstünlük verdiyi namizəddi.
Yeri gəlmişkən, “Arsenal” hazırda premyer-liqada 27 oyuna 61 xalla 3-cü yerdədi. Bu liqaya 63 xalla “Liverpul” başçılıq edir.