• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qodoy Krus” ilk dəfə evdə uduzdu

Dünya futbolu

8-03-2024, 19:0

Artıq Argentina Liqa Kubokunun (LK) qrup mərhələsində nəzərdə tutulan oyunların yarıdan çoxu arxada qalıb.

"Football-plus.az" xəbər verir ki, 8-ci turda qeydə alınan nəticələrdən sonra qruplardan birində lider yenə dəyişdi. Turun ən çox maraq doğuran oyunları Avelyaneda və Qodoy Krusda keçirildi.

Əvvəlki turda A qrupunda liderliyi ələ alan “Arxentinos Xuniors” üçün Avelyanedaya səfər uğursuz alındı. Yerli “İndependyente” məhz 7-ci turda 1-ci pilləni tərk etmişdi. Karlos Tevesin çalışdırdığı komanda əsas rəqiblərindən biri ilə oyunda çox yaxşı təsir bağışladı. Hərçənd qapısında ilk qolu görən də avelyanedalılar oldular. Amma Veronun hesabı açması ilə sevinən qonaqların sevinci yalnız 2 dəqiqə çəkdi. Dərhal hücuma atılan meydan sahiblərinin təzyiqi Palasionun topu öz qapısına yönəltməsinə səbəb oldu. Hücumları davam etdirən Tevesin komandası fasilədən az sonra hesabda önə keçmək üçün əla şans qazandı. Ancaq Avalos penaltidən yararlana bilmədi. 32 yaşlı paraqvaylı hücumçu bunun əvəzini bir neçə dəqiqə sonra Maestro Puça məhsuldar ötürmə verməklə çıxdı. 2:1 hesablı əzmkar qələbə “İndependyente”yə liderliyi yenidən ələ keçirmək imkanı verdi.

Halbuki buna hesabat turu ərəfəsində “qırmızılar”la eyni xala malik olan və onları topların fərqinə əsasən böyük fərqlə qabaqlamaqla 2-ci yerdə olan “River Pleyt” də nail ola bilərdi. Ölkə nəhəngi qələbə qazanacağı halda liderliyi yenidən ələ alacaqdı. Lakin Martin Demiçelisin komandası növbəti dəfə büdrədi. “Talyeres de Kordoba” ilə səfər oyununu hər mənada iki hissəyə ayırmaq olar. İlk hissədə əla təsir bağışlayan “River” fasiləyə iki top fərqli üstünlüklə yollandı. Lakin ikinci hissədə mübarizənin axarı tamam dəyişdi. Ev sahibləri hər iki qolun əvəzini çıxmağı bacardılar. Ardıcıl dördüncü heç-heçə “River Pleyt”ə liderliyi ələ keçirmək imkanı vermədi. Xalını 14-ə çatdıran ölkə çempionatının son qalibi 2-ci yerdən 3-ə düşdü. 2-ci yeri isə “Barrakas Sentral” ələ keçirdi.

Yeni mövsümə zəif başlayan “Rosario Sentral” qeyri-sabit çıxışını davam etdirir. LK-nın son çempionu “Atletiko Urakan”dan iki cavabsız top buraxdı. 8-ci oyunda 3-cü məğlubiyyət Migel Russonun komandasını A qrupunda 7-ci yerdən 8-ə saldı.

B qrupunda mərkəzi oyun Qodoy Krusda keçirildi. Eyniadlı komanda mövsümün ilk 7 oyununda 19 xal toplamaqla lider idi. Daniel Oldranın komandası 4 xal öndə olduğu əsas izləyicisi “Estudiantes”i qəbul etdi. İlk hissə qonaqların üstünlüyü şəraitində keçdi: “tələbələr” liderin qapısına iki dəfə yol tapdılar. Qapısını ilk dəfə toxunulmaz saxlaya bilməyən “Qodoy Krus”un bütün səyləri yalnız fasilədən sonra fərqi birə endirməyə çatdı. Lakin ilk məğlubiyyət Oldranın komandasının mövqeyinə təsir etmədi. 2-ci yerdə qalan “Estudiantes” isə lider ilə xal fərqini minimuma endirdi.

Tura hərəyə 13 xalla başlayan komandalar fərqli nəticələr göstərdilər. “Rasinq” səfərdə LK-nın son finalçısı “Platense” ilə qolsuz “sülh”ə razılaşdı. Avelyanedalılar iki xal itirməklə 3-cü yerdən 4-ə düşdülər.

“Lanus” isə “Defensa y Xustisiya”ya səfərdə qalib gəldi. İnamlı qələbə komandanı qrupda 3-cü yerə yüksəltdi.

Əvvəlki turun səfər oyununda “River Pleyt”dən xal (1:1) alan “Boka Xuniors” hələ ki qələbələri çətinliklə qazanır. “Belqrano” ilə ev oyunu Kavaninin benefisinə çevrildi. Məşhur uruqvaylı hücumçunun het-triki “göy-sarılar”a 3:2 hesablı qələbə qazandırdı. Ölkə nəhəngi B qrupunda 7-ci yerdən 5-ə yüksəldi. “Boka” indi liderdən 6 xal geridədi.

qrup mərhələsi, 8-ci tur
İndependyente – Arxentinos Xuniors 2:1
Palasio, 31-öz qapısına. Maestro Puç, 59 – Veron, 29.
Talyeres de Kordoba - River Pleyt 2:2
R.Sosa, 61. Portilya, 76 - Solari, 2. Borxa, 38.
İndependyente Rivadaviya - Barrakas Sentral 1:3
Kavalyaro, 53 – Salasar, 42. Kantero, 49; 68.
Atletiko Urakan - Rosario Sentral 2:0
Pussetto, 22. De la Fuente, 31.
Qodoy Krus - Estudiantes 1:2
Altamira, 52 – Altamirano, 2. T.Palasios, 39.
Platense - Rasinq 0:0
Defensa y Xustisiya – Lanus 0:4
M.Moreno, 22; 61; 70. Bou, 63.
Boka Xuniors - Belqrano 3:2
Kavani, 63-p.; 73; 79 – Passerini, 21. Marin, 90.
Ximnasiya - İnstituto 1:3
B.Dominges, 60 – F.Suares, 27. Puebla, 67-p. Bay, 84.
Tiqre - Sentral Kordoba 1:0
Forklas, 45+1.
Banfild - Deportivo Riestra 2:0
Sepulveda, 24. M.Ximenes, 78.
Sarmyento - Union 1:2
L.Lopes, 35 - Qamba, 65-p. Balboa, 80.
Atletiko Tukuman - Veles Sarsfild 0:0
Nyuellz Old Boyz - San Lorenso 2:2
F.Qonsales, 31. Velaskes, 45+4 - Bareyro, 36; 43.
A qrupu
1. İndependyente 8 5 1 2 7-3 16
2. Barrakas Sentral 8 4 3 1 9-5 15
3. River Pleyt 8 3 5 0 15-5 14
4. Arxentinos Xuniors 8 4 2 2 14-9 14
5. İnstituto 8 4 2 2 12-7 14
6. Talyeres de Kordoba 8 3 3 2 15-12 12
7. Veles Sarsfild 8 3 3 2 9-11 12
8. Rosario Sentral 8 3 2 3 6-9 11
9. Ximnasiya 8 3 1 4 10-12 10
10. Atletiko Urakan 8 2 2 4 6-8 8
11. Banfild 8 1 4 3 6-10 7
12. İndependyente Rivadaviya 8 2 0 6 8-15 6
13. Atletiko Tukuman 8 0 5 3 1-7 5
14. Deportivo Riestra 8 1 2 5 3-11 5
B qrupu
1. Qodoy Krus 8 6 1 1 11-2 19
2. Estudiantes 8 5 3 0 9-2 18
3. Lanus 8 5 1 2 13-5 16
4. Rasinq 8 4 2 2 12-4 14
5. Boka Xuniors 8 3 4 1 10-6 13
6. Nyuellz Old Boyz 8 4 1 3 9-10 13
7. Union 8 3 3 2 8-6 12
8. Defensa y Xustisiya 8 3 3 2 9-10 12
9. San Lorenso 8 1 5 2 7-10 8
10. Platense 8 1 4 3 3-10 7
11. Belqrano 8 1 3 4 10-11 6
12. Sentral Kordoba 8 1 2 5 4-8 5
13. Tiqre 8 1 2 5 3-12 5
14. Sarmyento 8 0 3 5 5-14 3
Bombardirlər: Borxa (River Pleyt) - 7, A.Martines (Rasinq) - 6, Bareyro (San Lorenso), İ.Ramires (Nyuellz Old Boyz), Puebla (İnstituto) - 5.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-11-2023, 19:0

“River Pleyt” zirvəyə qayıtdı

Dünya futbolu

29-02-2024, 20:0

261-ci “Superklasiko”da 84-cü heç-heçə

Dünya futbolu

27-10-2023, 22:0

“İndependyente” ilk dəfə zirvəyə çıxdı

Dünya futbolu

13-10-2023, 21:0

“River Pleyt” ilk dəfə lider oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

8-09-2023, 23:0

Xal itirməyən komanda qalmadı – TURUN ŞƏRHİ

Dünya futbolu

7-07-2023, 23:0

“River Pleyt” fərqi 9 xala çatdırdı - TURUN ŞƏRHİ

Aktual
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Son xəbərlər
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
Daha çox
Oxunub: 356
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 211
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 113
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə