ŞOK! "Neftçi" - "Qarabağ" matçından sonra 2 azarkeş həbs edilib

4.12.2022 10:20 1 234
Premyer-liqa / Manşet
Premyer-liqanın 16-cı turunun açılış matçında "Qarabağ" səfərdə "Neftçi"ni 4:0 hesabı ilə darmadağın etdi.

Football-plus.az xəbər verir ki, qarşılaşmadan sonra 2 azarkeş polis tərəfindən saxlanılıb. Bu məlumatı İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin sədri Atanur Cəfərli şəxsi "feysbuk" hesabında paylaşıb:

"Neftçi" ilə oyundan əvvəl və matç zamanı pirotexniki vasitələrdən istifadə etdiyinə görə, iki azarkeşə 8 sutkalıq həbs cəzası verilib. Saxlanılanlardan biri "İmarət Tayfa"nın, digəri isə "Qarabağ Ordu"nun üzvləridi. Bu, sadəcə biabırçılıqdı. Hər iki klubu, Peşakar Futbol Liqasını məsələyə mövqe bildirməyə çağırıram".


İLKİN SULTANLI