Çempionlar Liqası: namizədlər müəyyənləşdi

9.11.2023 14:21 215
Çempionlar Liqası
Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

“Football-plus.az” xəbər verir ki, UEFA-nın saytının yaydığı məlumata görə, qrup mərhələsinin 4-cü turunun oyunlarında daha yaxşı təsir bağışlayan futbolçuların siyahısına Erlinq Holann (Mançester Siti), Rodriqo (Real), Bukayo Saka (Arsenal) və Antuan Qrizmann (Atletiko) layiq bilinib. Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə müəyyən ediləcək.