Portuqaliyadan İspaniyaya üz tutacaq

6.03.2024 13:30 142
Dünya futbolu
“Atletik” və “Braqa” arasında aparılan danışıqlar müsbət nəticələnib.

İspaniya klubu “Braqa”nın yarımmüdafiəçisi Alvaro Calonu transfer edib. 24 yaşlı futbolçu cari mövsümü hazırkı komandası ilə başa vuracaq və iyulun 1-də İspaniyaya yollanacaq. Bu transfer bilbaolulara 15 milyon avroya başa gələcək. Müqavilənin şərtinə əsasən, “Braqa” bonus kimi daha 5 milyon avro irəli düşə bilər.

Calo bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.