“Ayaks”la “Mets” arasında aparılan danışıqlar müsbət nəticələnib.
"Football-plus.az" xəbər verir ki, Niderland klubu Georgi Mikautadzeni sıralarına qatıb.
Gürcü futbolçu amsterdamlılara 16 milyon avroya başa gəlib. Fransa klubu müəyyən şərtlər daxilində bonus kimi daha 3 milyon avro irəli düşə bilər. 22 yaşlı Georginin “Ayaks”la imzaladığı müqavilənin müddəti 5 illiyə razılaşdırılıb. Maraq üçün onun Fransanın Lion şəhərində doğulduğunu, amma Gürcüstan yığmasında oynadığını bildirək.
Bu arada Mohammed Kudusun “Ayaks”dan “Vest Hem”ə gözlənilən keçidi rəsmiləşib. O, İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb. Bəzi mənbələr 23 yaşlı qanalı yarımmüdafiəçinin londonlulara 41,5 milyon avroya satılacağını və “Vest Hem”in bonus kimi daha 3 milyon avro xərcə düşə biləcəyini xəbər vermişdi. Qana yığmasında da oynayan Kudus Niderland çempionatının ötən mövsümündə iştirak etdiyi 30 oyunda 11 qol vurub.