PSJ-dən 45 milyon avroluq transfer

4.09.2023 14:33 274
Dünya futbolu
PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Paris klubu “Lion”dan Bredli Barkolanı transfer edib.

"Football-plus.az" xəbər verir ki, PSJ onun üçün 45 milyon avro ödəyib.

Paytaxt klubu bonuslara görə daha 5 milyon avro xərcə düşə bilər. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Barkola 2022/2023 mövsümündə “Lion”un heyətində bütün turnirlərdə 31 oyuna keçirib, 7 qol vurub və 9 məhsuldar ötürmə verib.

Gənc futbolçunun artıq keçmiş klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər idi. Bredli bu mövsüm Liqa 1-də 3 oyun keçirib.