“Mançester Yunayted”də 2021/22 mövsümünü ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi komandanın oyunçuları arasında keçirilən səsvermənin nəticəsinə əsasən qapıçı David De Xea olub. O, ötən mövsüm 7 dəfə matçın ən yaxşı futbolçusu seçilib. Qeyd edək ki, yalnız Kriştiano Ronaldo eyni sayda nominasiyanın qalibi olub. De Xea ardıcıl üç ay – ötən ilin noyabr, dekabr və yanvar aylarında “Yunayted”in ən yaxşı oyunçusu seçilib. Və ən əsası, ispaniyalı əlcək sahibi klubunda 4-cü dəfə mövsümün ən yaxşı oyunçusu seçilib. David bu göstəriciyə əsasən komandanın rekordçusu olub.
Əlavə edə ki, son mövsüm üçün azarkeşlər arasında keçirilən sorğuda Ronaldo qalib gəlmişdi.
Oyundaşları De Xeanı seçdilər
Dünya futbolu


