“Livbonadea Arena”da texniki problem

2.03.2024 00:25 195
Premyer-liqa / Manşet
“Araz-Naxçıvan” – “Zirə” (0:3) qarşılaşmasında “qartallar” 10 oyundan sonra ilk qələbəsini, həm də böyük hesabla qazandı.

Diqqəti çəkən başqa məqam hesab tablosunda yaranan problem idi. Deməli, oyunun axarında hesab tablosu gah işləyirdi, gah da işləmirdi. Nasazlığın səbəbini öyrənmək üçün Naxçıvan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq:

“Texniki problem idi. Oyunun gedişində aradan qaldırıldı və sonrakı dəqiqələrdə də normal işlədi. Başqa problem yoxdu. Bütün texniki vasitələr oyundan saatyarım - 2 saat əvvəl yoxlanılır. Sadəcə, detalın birində nasazlıq olub və qısaqapanma yaranıb. Onu ayırandan sonra normal şəkildə işlədi. Hazırda heç bir problem yoxdu. Hər şey qaydasındadı”.


KAMAL SƏFƏR