"Səbail" - "Neftçi" matçında əvəzetmələri və uzatma dəqiqələrini göstərən tablo işləmirdi. Yalnız oyunun sonlarında bu problem aradan qaldırıldı. Bu nasazlıqla bağlı "dənizçilər"in sözçüsü Rəşad Məmmədovdan reaksiya öyrəndik:
"Bizim yetərincə tablomuz var. Onlardan da yalnız biri işləyib. Bu da texniki nasazlıqdan dolayı olub. Dərhal da ehtiyat tablomuzla əvəz edilib. Amma tezliklə problemi olan tablo da düzəldilib”.