• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Parlaq dünən... Ortabab bu gün... Naməlum sabah... – TƏHLİL

Premyer-liqa / Manşet

1-03-2024, 23:0

“Sabah” Misli premyer-liqasının ötən mövsümünü 2-ci yerdə başa vurdu.

Masazır təmsilçisinin 36 tur üçün nəticələrini xatırladaq. 25 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət yaşayan komanda 75 qol vurubsa, 24-nü buraxıb. Nəticədə 81 xalla (çempion “Qarabağ”dan 9 xal geridə, bürünc medalçı “Neftçi”dən 13 xal irəlidə - red.) gümüş medallara yiyələnən “tələbələr” tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazandı. Latviyanın RFŞ komandasını ümumi hesabda 4:1 məğlub edən kollektivin növbəti rəqibi Serbiya “Partizan”ı oldu. Bu rəqiblə ilk oyun evdə keçirildi və “Sabah”ın qələbəsiylə sona çatdı – 2:0. Cavab görüşü isə unudulmaz anlarla tarixə düşdü. Elə bu məqamda mətləbə keçmək üçün niyə məhz aylar öncəyə döndüyümüzü açıqlamağa ehtiyac var. Göründüyü kimi, Masazır təmsilçisi haqda indiyə qədər bəhs etdiklərimizdə cüzi uğursuzluqdan belə söhbət getmir. Qısası, Serbiya səfərinə qədər kimsə deyə bilməzdi ki, “bayquşlar” bugünə - fevralın 29-na olan nəticələrə görə əvvəlki halından əsər-əlamət qoymayacaq. Sanki klubu ardıcıl zərbələrlə “nokauta salıblar”. Niyə belə qənaətə gəlməyimizin səbəblərinə nəzər salaq.

Xain Mikels... Xəyanətkar “bakılı balası”...
2021-ci ilin iyulundan “Sabah”ın üzvü olan Coy-Lens Mikels 69 oyunda 33 qol, 20 məhsuldar ötürməylə yadda qalmışdı. Əlbəttə, göstəriciləri ona ağız sulandıran təkliflərinə gəlməsinə səbəb olmuşdu. Onun komandasını dəyişməsi, daha çox pul qazanmaq üçün başqa yerə üz tutması anlayışla qarşılana bilərdi. Lakin futbolçu məhz “bayquşlar” evdə “Partizan”la qarşılaşacağı vaxt meydana çıxmaqdan imtina etdi! Düzdü, masazırlılar həmin oyundan üzüağ çıxdı, lakin onun varlığı meydan sahiblərinin daha böyükhesablı qələbəsinə zəmin yaradacaqdı. Belədə komanda səfərdə çətin anlar yaşayıb Konfrans Liqasında mübarizəni dayandırmaya bilərdi. O isə “Bakılı balasıyam” musiqisinə qol-qanad açıb oynayaraq könlünü fəth etdiyi azarkeşləri bir neçə gün sonra “belindən bıçaqladı”. Qısası, “qəbirqazanlar” ləqəbiylə tanınan “Partizan”a “bel” oldu. Belədə onsuz da Aleksey Kaşukun gedişiylə “qan itirən” komanda növbəti dəfə “yaralandı”.

Namiqin öldürdüyü avrokubok ümidləri...
“Partizan”la Belqradda qarşılaşan kollektiv növbəti mərhələyə adlaya bilmədi. Oyunun əsas vaxtı rəqibin xeyrinə başa çatdı – 2:0. Belədə əlavə vaxt oynanıldı və hesab dəyişmədiyindən penalti seriyasına ehtiyac duyuldu. Murad Musayevin yetirmələri bu seriyada məğlub oldu. “Qurbanlıq qoyun” isə sonuncu şansı əldən verən Namiq Ələsgərov oldu. Çünki qapıçı “nöqtə”yə yaxınlaşan futbolçunun zərbəsini dəf etdi. Hakim qolkiperin zərbədən əvvəl xətdən irəli çıxdığını qeydə alaraq təkrar vuruş təyin etsə də, oyunçu yenə dəqiq olmadı. Bununla “Sabah”ın avrokubok macərası bitdi. Qısası, bir mövsümlük əziyyətin bəhrəsi bir qoldan asılı idi ki, Namiq bütün ümidləri puç etdi...

Bahalı transferlər, ucuz nəticələr...
“Sabah” yeni mövsümün hazırlığına başlayanda “Qarabağ”dan sonra növbəti favorit statutusunda idi. Sən demə, ilk turda evdə “Qələbə”nin darmadağın edilməsi (5:0) həm də “bayquşlar”ın enişinin başlanğıcı imiş. 5-ci turda eyni məkanda “Turan Tovuz”a böyükhesablı məğlubbiyyət (0:3) isə bunun növbəti carçısı oldu. Yay “transfer pəncərəsi”ndə Rəhman Daşdəmirov, Sofian Çakla, Jarl Marqarita, Vensan Till, Maruan Hadudi, Ayaz Quliyev, Cesse Sekidika, Kahim Parris və İshak Belfodil kimi futbolçuların transfer edilməsi tərəfdarların ürəyincə olsa da, gözləntilər nəticələrə yansımadı. Mövsümün gedişində üzə çıxdı ki, oyunçular ya komandaya uyğunlaşmaqda çətinlik çəkir, ya da qiyməti baha, performansı dəyəriylə uzlaşmayanlardı.

“El Profesor”un günbatımı, Ponomaryovun alatoranı...
Yarımbaşlığın ilk hissəsində söhbət “Sabah”ın sabiq baş məşqçisi Murad Musayevdən gedir. “Tələbələr”in ölkə kubokunun 1/4 finalında evdə “Qarabağ”a uduzması (1:7) rusiyalı mütəxəssisin istefasıyla nəticələndi. Beləliklə, 20 tur ərzində 26 xal toplayan Murad bəyə yol göründü. Bundan sonra klubun idman direktoru İqor Ponomaryovun dönəmi başladı. “Bayquşlar” onun rəhbərliyi altında son 4 turda 5 xal toplaya bilib. Daha dəqiqi, kollektiv hazırda 31 xalla 7-ci pillədədi. “Sabah” bu göstəriciylə, sadəcə, debütant “Araz-Naxçıvan”ı və tarixinin bəlkə də ən bərbad mövsümünü yaşayan “Kəpəz”lə “Qəbələ”ni qabaqlayır ki, komanda 20-ci turdan bəri, sadəcə, Gəncə təmsilçisini məğlub edə bilib – 3:2.

Avropa gecələri, yoxsa çempionatın zülməti?
“Bayquşlar”ın ümumi durumu azarkeşləri üçün arzuolunan deyil. İnsafən, bərbad da deyil. Premyer-liqada qarşıdakı həftələrdə son 12 turun oyunlarına şahidlik edəcəyik. “Sabah”ı ikinci sırada olan “Sumqayıt”dan çox yox, cəmi 5 xal ayırır. Təbii ki, üst yerlərdəki komandaların ab-havası daha yaxşıdı, amma ümidsiz olmağa dəyməz. Necə deyərlər, top yumrudu, meydan düz. Məsələyə məşhur “futboldu, hər şey ola bilər” prinsipiylə yanaşsaq, Masazır təmsilçisinin avrokubok şansının sıfra bərabər olduğunu demək düzgün deyil. Kollektivin mövsümün sonunda ilk “dördlük”də qərarlaşmaq ehtimalı var. Bu alınmasa, “futbol ili”ni 5-ci və ya 9-cu sırada bitirmək arasında hansısa fərq yoxdu. Seçim “bayquşlar”ındı. Ya azarkeşlərinə minimum Konfrans Liqasında Avropa meydanlarının hərarətini yaşadacaqlar, ya da ehtiraslarını növbəti mövsümə qədər cilovlamalı olacaqlar...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-10-2023, 20:0

“Sumqayıt” “Sabah”ı məğlub etdi - YENİLƏNİB

Aktual / Konfrans Liqası

10-08-2023, 14:0

"Sabah"ın heyətində yer alan oyunçuların son üç oyunda sərgilədiyi yaradıcı oyun...”

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Aktual / Konfrans Liqası

16-08-2023, 14:0

“Partizan” üçün qol vurdu, azarkeşləri “Sabah”la oyuna çağırdı

Ölkə futbolu

11-08-2023, 10:0

"Qarabağ" və "Sabah" reytinq xalımızı artırdı

Dünya futbolu

16-08-2023, 15:0

"Sabah"ın rəqibindən transfer

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə