"Qarabağ" və "Sabah" Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.
"Football-plus.az" xəbər verir ki, təmsilçilərimiz müvafiq olaraq Avropa Liqası və Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşlərində qələbə qazanaraq buna nail olub.
Masazır təmsilçisi Serbiyanın "Partizan" klubuna 2:0 hesabı qalib gəlib. "Qarabağ" isə Finlandiyanın HİK klubundan (2:1) üstün olub. Təmsilçilərimizin qələbələri Azərbaycanın aktivinə 0,500 xal yazdırıb.
Digər təmsilçimiz "Neftçi" isə "Beşiktaş"a 1:3 hesabı ilə məğlub olub.
Azərbaycan hazırda 16 min 250 xalla 29-cu pillədədir. 28-ci yerdə 16 min 500 xalı olan Slovakiyadır. 30-cu pillədə isə 12 min 125 xalla Moldova qərarlaşıb.