İclas oldu, bəs Gəncə akademiyasının açılışı?

1.03.2024 17:20 196
Aktual / Ölkə futbolu
AFFA İcraiyyə Komitəsinin növbəti iclası Gəncədə keçirildi. İclasın gündəliyində duran əsas məsələ AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyənləşdirilməsi olsa da, başqa məsələlərə də baxıldı.

Yanvarın 11-nə nəzərdə tutulan Gəncə tədbiri çərçivəsində akademiyanın açılışı və jurnalislərin ora gedişi də nəzərdə tutulmuşdu. Görəsən, indi durum nə yerdədi? Yenə jurnalistlərin səfəri nəzərdə tutulubmu?

Bu suallarla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Bu dəfə bir qədər fərqli addım atdıq. AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri tanışlıq məqsədi ilə akademiyaya baxdı. Jurnalistləri bir həftə sonra aparmağı düşünürük. Akademiyanı görsünlər, bir gün orda qalsınlar. Bu dəfə otellərdə yer yox idi deyə, bu planı reallaşdıra bilmədik”.

GÜNAY SÜLEYMANOVA