Açılış və iclas ilə bağlı yeni heç nə yoxdu

18.01.2024 19:10 229
Yığma / Manşet
AFFA prezidenti Rövnəq Abdullayevin sağlıq durumunda yaranan problem üzündən həm Gəncədə Futbol Akademiyasının açılışının, həm də İcraiyyə Komitəsinin önəmli, seçki ilə bağlı qərar verəcək iclasının təxirə salındığını xəbər vermişdik.

Bu iki tədbir yanvarın 11-də gerçəkləşməliydi. Artıq üstündən bir həftə ötüb.

“Football-plus.az” olaraq, bu mövzuda yenilik olub-olmadığını öyrənməyə çalışdıq. Buna görə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Eyni zamanda FİFA-nın martda ölkəmizdə təşkil edəcəyi turnirlə bağlı da soruşduq:
“İcraiyyə Komitəsinin iclasının vaxtı hələ bəlli deyil. Bu haqda dəqiq məlumat olan kimi sayta yerləşdirəcəyik. Bu iclasın növbədənkənar prezident seçkisi ilə heç bir bağlılığı yoxdu. Martda keçiriləcək oyunların da tarixi dəqiqləşməyib”.


KAMAL SƏFƏR