Beyni silkələnən futbolçu yaşıl meydana qayıdır!

1.03.2024 11:40 155
Dünya futbolu
Serxio Riko haqda növbəti məlumat yayılıb.

Onunla bağlı son xəbər sevindiricidi.

PSJ-nin qapıçısı yenidən futbola qayıdacaq. Bu barədə “The Athletic” qəzeti məlumat yayıb. Futbolçu tezliklə komanda ilə məşqlərə başlayacaq. Xatırladaq ki, Riko 2023-cü ilin mayında atdan yıxılmış, ciddi kəllə-beyin zədəsi almışdə. Beyninə qan sızan futbolçu 82 gün xəstəxanada müalicə almışdı. Avqustun 18-də xəstəxanadan evə buraxılan Serxio PSJ-də 2019-cu ildən çıxış edir.