PSJ-nin qapıçısı Serxio Riko bədbəxt hadisə ilə üzləşib.
"Football-plus.az" xəbər verir ki, 29 yaşlı əlcək sahibi vətəni İspaniyada olarkən at sürmək qərarına gəlib. Amma ''Cope'' radiostansiyasının məlumatına görə at birdən birə gərginlik yaşayaraq qapıçını yerə atıb.
Bu azmış kimi atın nalı onun başına dəyib. Riko kəllə-beyin travması alıb və vertolyotla Sevilyadakı xəstəxanalardan birinə çatdırılıb. Beyninə qan sızan və xüsusi nəfəs aparatı ilə nəfəs alan qapıçının durumu hazırda çox ağırdı.
Riko 2020-ci ildən PSJ-nin şərəfini qoruyur. Amma ''Sevilya''dan 6 milyon avroya transfer edilən Riko əsas qapıçı sayılmır. Bu mövsüm o, heç bir rəsmi oyunda forma geyməyib.