Cari mövsümə hədsiz uğursuz başlayan “Lion” Pyer Saj “sükan arxasına” keçəndən bəri dirçəlib.
"Football-plus.az" xəbər verir ki, “Şirlər” həm çempionatda 10-cu pilləyə qədər irəliləyib, həm də srağagün kubokun 1/4 final mərhələsini arxada qoydu. Düzdü, onların “Strasbur”la duelinin taleyini penalti seriyası həll etdi. Bununla belə, qələbə qələbədi!
1/4 final
Lion – Strasbur 0:0, p. – 4:3
Lion: Perri, Çaleta-Sar, О`Brayen, Talyafiko (Mata, 90+4), Matiç, Manqalya (Şerki, 77), Kakre, Meytlend-Naylz, Benrahma, Lakazett (Orban, 66, Nuama (Fofana, 77).
Ruan (D-3) – Valensyenn (D-2) 1:1, p. – 2:4
Loppi, 90+1 – Oyevusi, 26.
“Le-Pyui” (D-4) – “Renn” oyunu bu gün, PSJ – “Nitsa” oyunu martın 13-də keçiriləcək.