“Qarabağ” – “Bayer-04” matçının biletləri nə vaxt satışa çıxır? – Qiymətdə artım var!

29.02.2024 18:25 496
Manşet / Avropa Liqası
“Qarabağ” martın 7-də Avropa Liqasının 1/8 finalında “Bayer-04”lə qarşılaşacaq. Oyun saat 21.45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Bilindiyi kimi, Almaniya təmsilçisi bir neçə gün öncə martın 14-də keçiriləcək cavab oyunu üçün biletləri satışa çıxarıb. Lakin “köhlən atlar”dan bu yöndə səs-soraq yoxdu.

Görəsən, biletlər nə vaxt satışa çıxarılır? Həm rəqibin, həm də turnirin əhəmiyyətini nəzərə alsaq, qiymətlərdə artım gözlənilirmi?
Bu sualları “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə ünvanladıq. Onun “Football-plus.az” a söylədikləri:

“Biletlər sabah satışa çıxarılır. Aşağı kateqoriyalı biletlərin qiymətində hansısa dəyişiklik yoxdu. Amma ən üst kateqoriyalı biletlər bu dəfə əvvəlkinə nisbətən daha baha satıla bilər”.

KƏNAN BAHADIR