"Bayer-04" - "Qarabağ" oyununun biletləri satışa çıxarılır

26.02.2024 11:08 227
Ölkə futbolu / Avropa Liqası
Almaniyada yerli "Bayer-04" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub.

"Football-plus.az" xəbər verir ki, biletlər sabah, yerli vaxtla saat 12.00-da onlayn qaydada və "Bay Arena"dakı fan-şopda satışa çıxarılacaq.

İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcək. Qiymətlər 8-50 avro aralığındadı.

Qeyd edək ki, martın 14-də reallaşacaq "Bayer-04" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00.00-da start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul