“Qarabağ” – “Sabah” oyununun biletləri satışa çıxarılır

14.09.2023 10:52 241
Premyer-liqa
Misli premyer-liqasının 6-cı turunda “Qarabağ”la “Sabah” arasında keçiriləcək oyunun biletləri satışa çıxarılır.

"Football-plus.az" xəbər verir ki, saat 11.00-dan etibarən mərkəzi görüşün biletlərini almaq mümkün olacaq.

Azarkeşlər biletləri “iticket.az”dan onlayn əldə edə bilərlər. Qiymətlər isə sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edəcək.

Bundan başqa, sabahdan etibarən matç saatına qədər biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək qarşılaşma saat 19.30-da başlayacaq.