"Bavariya”nın yeni idman direktoru müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Kristof Froynd təyin olunub.
Onun Münhen klubunda işə sentyabrın 1-də başlayacağı da məlum olub. Qeyd edək ki, Froynd 2006-cı ildən “Zaltsburq”un idman direktorudu.
Xatırladaq ki, “Bavariya”nın sabiq idman direktoru Hasan Salihamiciç ötən mövsümün sonunda istefaya göndərilib.