Kaxaber Sxadadze Misli premyer-liqasının tarixinə düşdü

29.02.2024 10:00 207
Premyer-liqa
Kaxaber Sxadadze ölkə çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.

"Football-plus.az" xəbər verir ki, 2008-ci ildə “Standard”, 2009-15-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdıran gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.

Onun debütü “Qarabağ”la 23-cü turdan təxirə salınan matça təsadüf edib. Sxxadadzenin yetirmələri 0:4 hesabı ilə uduzub.

O, 3204 gündən sonra premyer-liqaya qayıtmaqla bu rekorda imza atıb. Sxadadzenin “İnter”dəki son matçı 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.

Qeyd edək ki, 4 legioner baş məşqçi Misli premyer-liqasında iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Qarabağ”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdi (“Muğan”, “Rəvan”).