"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

30.04.2022 10:39 725
Ölkə kuboku
Azərbaycan Kubokunun 30-cu – yubiley mövsümündə finala vəsiqə qazanan "Qarabağ" tarixində bunu 10-cu dəfə bacarıb.

"Football-plus.az" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" bununla “Neftçi”nin rekordunu təkrarlayıb.

Yubiley uğuru 5 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2016/2017 mövsümündə finalda oynayan “Ağdam təmsilçisi sonrakı 4 yarışın üçündə mübarizəni dayandırıb, birində turnir yarımçıq qalıb.

"Zirə" isə tarixində ilk dəfə finala yüksəlib. "Qartallar" həlledici qarşılaşmada iştirak edəcək 18-ci komanda kimi tarixə düşüb.

1992 Kür (Mingəçevir) - İnşaatçı (Bakı) 1:2

1993 İnşaatçı (Sabirabad) - Qarabağ (Ağdam) 0:1

1993/94 Kəpəz (Gəncə) - Xəzər (Lənkəran) 2:0

1994/95 Neftçi (Bakı) - Kur-Nur (Mingachevir) 1:0

1995/96 Neftçi (Bakı) - Qarabağ (Ağdam) 3:0

1996/97 Kəpəz (Gəncə) - Xəzri (Buzovna) 1:0

1997/98 Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) 2:0

1998/99 Şəmkir - Neftçi (Bakı) 0:0, pen. 3:5

1999/2000 Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) 2:1

2000/01 Şəfa (Bakı) - Neftçi (Bakı) 2:1

2003/04 Şəmkir - Neftçi (Bakı) 0:1

2004/05 İnter (Bakı) - Bakı 1:2

2005/06 Qarabağ (Ağdam) - Karvan (Yevlax) 2:1

2006/07 Xəzər-Lənkəran - MKT-Araz (İmişli) 1:0

2007/08 Xəzər-Lənkəran - İnter (Bakı) 2:0

2008/09 İnter (Bakı) - Qarabağ (Ağdam) 0:1

2009/10 Xəzər-Lənkəran - Bakı 1:2

2010/11 Xəzər Lənkəran - İnter (Bakı) 1:1, pen. 4:2

2011/12 Neftçi (Bakı) - Bakı 0:2

2012/13 Neftçi (Bakı) - Xəzər Lənkəran 0:0, p.5:3

2013/14 Qəbələ - Neftçi (Bakı) 1:1, pen. 2:3

2014/15 Qarabağ (Ağdam) - Neftçi (Bakı) 3:1

2015/16 Qarabağ (Ağdam) - Neftçi (Bakı) 1:0, ə.v.

2016/17 Qarabağ (Ağdam) - Qəbələ 2:0

2017/18 Keşlə (Bakı) - Qəbələ 1:0

2018/19 Qəbələ - Sumqayıt 1:0

2020/21 Keşlə (Bakı) - Sumqayıt 2:1