• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə”nin qələbə həsrəti Mərdəkanda bitdi - REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 14:0

“Zirə”nin “Araz Naxçıvan”la qarşılaşmaya dönüş nöqtəsi kimi baxacağı gözlənilən idi.

Rəşad Sadıqovun çalışdırdığı komanda premyer-liqada düz 10 oyun idi qələbəyə həsrət qalmışdı. Bu 10 oyunun doqquzunda “Zirə”nin rəqib qapılarına yol tapa bilməməsi, ümumiyyətlə, vəziyyəti qəlizləşdirirdi. Ona görə də qəsəbə təmsilçisinin qol vurmaq, qələbə qazanmaq üçün bütün gücünü səfərbər edəcəyi şübhə doğurmurdu. “Araz-Naxçıvan” isə son iki turda 4 xal toplamağı bacarmışdı. Nominal meydan sahiblərinin bu qarşılaşmadan da azı 1 xal uğrunda mübarizə aparacağını proqnozlaşdırmaq olardı. Oyunun axarı onu göstərdi ki, zirəlilər qələbə üçün daha çox alışıb-yanır.

Oyun xarakterinə uyğun olaraq, sakit axarda başlasa da, “Zirə”nin ərazi üstünlüyü, hücumlara daha çox həvəs göstərməsi aşkar hiss olunurdu. İlk dəqiqələrdən xoşbəxtliyi rəqib qapısı önündə axtaran “Zirə” məqsədinə 19-cu dəqiqədə çatdı. Bu işdə nominal qonaqlara “Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Vanderson Melo da “yardım göstərdi”. “Zirə” rəqib qapısının təxminən 30-35 metrliyində cərimə zərbəsi vurmaq hüququ qazandı. Həmin zərbəni yerinə yetirən Qismət Alıyev topu qapı qarşısına havalandırdı. Hamıdan hündürə tullanan Melonun başına dəyən top tora daxil oldu. Komanda yoldaşları qola görə Qisməti təbrik etməyə tələssələr də, hesabın avtoqolla açıldığını hər kəs görürdü. Hesabda önə keçən “Zirə” müdafiədə ehtiyatlı oynayıb, qələbəni əldən verməməyə çalışırdı. Ədalət naminə qeyd etmək lazımdı ki, məğlub durumda olan “Araz-Naxçıvan” bu durumla barışmır, “Zirə”nin cavabını vermək üçün ardıcıl cəhdlər edirdi. Amma kəsərli hücumlar həyata keçirmək, Tyaqonun qoruduğu qapının qarşısında təhlükəli vəziyyətlər yaratmaq heç də asan olmurdu.

Yarımsaatın tamamında Vadim Abdullayevin zərbəsi o qədər qüvvətli olmasa da, Rəşad Sadıqovun yetirmələrini həyəcanlandırdı. Onun zərbəsindən sonra top dirəyin yanından keçdi. 35-ci dəqiqədə Melo “günahını yuya bilərdi”. Onun uzaqdan vurduğu zərbəni Silva iki cəhddə tuta bildi. Daha bir epizodda “Araz Naxçıvan” hesabı bərabərləşdirməyə çox yaxın oldu. Kuzmanoviçin hiyləgər ötürməsindən sonra Orxan Əliyev qapıçıyla üzbəüz qaldı. Onun zərbəsi Silvanı da keçsə də, top dirəyə tuş gəldi. Fasilə ərəfəsində Azər Bağırovun komandası təzyiqi bir qədər də artırsa da, “Zirə”nin qapısına yol tapmaq mümkün olmadı. Belədə komandalar nəfəslərini dərməyə qəsəbə təmsilçisinin minimal üstünlüyü şəraitində yollandı.

15 dəqiqəlik fasilə “Araz-Naxçıvan”ın işinə yaramışdı. Fasilədən sonra naxçıvanlılar daha yaxşı oyun sərgiləyir, hücumlarının kəsərini artırmağı bacarırdı. 50-ci dəqiqədə onların bu fəallığı “Zirə”nin qapısına penalti təyin olunmasıyla nəticələndi. Kuzmanoviç sağ cinahdan “Zirə”nin cərimə meydançasına daxil olub, qapıya paralel ötürmə etdi. Ötürmənin qarşısını səliqəsizliklə kəsən Qismət Alıyev açıq əlini yığışdırmağa gecikdi və top onun qoluna dəydi. Belədə hakim Rauf Allahverdiyev tərəddüd etmədən “nöqtə”ni göstərdi. Orxan Əliyev penalti zərbəsini yetinə yetirməyə hazırlaşarkən VAR-dan Allahverdiyevə siqnal gəldi. Epizodu incələyən VAR hakimləri oyundankənar vəziyyətin olduğunu baş hakimə bildirəndən sonra penalti ləğv edildi. Maraqlıdı ki, daha sonra buna oxşar vəziyyət yenidən yarandı. Laysman Pərvin Talıbov bayrağını havaya qaldırmayıb, epizodun bitməsini gözlədi. Hücumu davam etdirən “Araz-Naxçıvan”ın futbolçusu zirəlilərin müdaxiləsiylə yerdə qalınca Rauf Allahverdiyev daha bir dəfə penaltiyə işarə etdi. Yalnız bu zaman Pərvin Talıbov oyundankənar vəziyyətin olduğunu bildirdi ki, baş hakim də qərarını dəyişdi.

“Araz-Naxçıvan” 90 dəqiqə ərzində “Zirə”nin qapısına yol tapa bilməsə də, “Zirə” bunu ikinci hissədə daha iki dəfə bacarmaqla 10 oyunluq qələbəsizlik seriyaya son qoydu. Rəhim Sadıxov 75-ci dəqiqədə Məqsəd İsayevin gözəl ötürməsini qola çevirdi. Buna qədər “milliləşdirlmiş” futbolçu bir epizodda boş qapıya düşməyi bacarmamışdı. Cəmi iki dəqiqə sonra Utziq naxçıvanlıları 3-cü dəfə meydanın mərkəzinə dəvət etdi. Qismət Alıyevin künc zərbəsindən göndərdiyi top nominal meydan sahiblərinin cərimə meydançasında qarışıqlığa səbəb oldu. Bu qarışıqlıqdan Utziq əla yararlandı və hesabı 0:3-ə çatdırdı. 84-cü dəqiqədə Orxan Əliyev bu qollardan birinin əvəzini çıxa bilərdi. Onun sevinməsinə Silva imkan vermədi. Beləliklə hakimin final fiti “Zirə”nin cari mövsümdə ilk böyükhesablı qələbəsini rəsmiləşdirdi. Ümumiyyətlə, “qartallar” cari mövsümün heç bir çempionat oyununda 2-dən artıq qol vurmamışdı.

Gözdən qaçmadı
* Oyundan əvvəl “Zirə” öz azarkeşlərini alqışladıqladı təqdirdə “Araz-Naxçıvan” futbolçuları şəkil çəkdirirdi.
* Xocalı faciəsinə görə birdəqiqəlik sükut başlayarkən “Sektor 85” şüurlar səsləndirirdi, “Qartallar”ın iradından sonra dayandılar.
* 2-ci hissədə hesab tablosu gah işləyir, gah da işləmirdi.
* Sevincin dozasını çox edən “Qartallar” gah “sussun media”, gah da “Rauf, gəl bura, bir az mırtlaşaq”, - deyə jurnalistləri və baş hakimi səsləyirdi. Maraqlıdı, yəqin komandanın uğursuz çıxışının səbəbkarı biz media mənsublarıyıq. Ya da komandanın üç qolunu sayan Rauf Allahverdiyev…

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

11-02-2024, 16:0

“Zirə” 257 günlük həsrətə son qoydu – ÖZƏL STATİSTİKA

Premyer-liqa / Manşet

10-12-2023, 22:0

“Qış fasiləsi ərəfəsindəki son iki turda da qələbə qazanılacaq” – rejissor münəccimlk etdi

İdman

6-12-2023, 15:0

"Araz-Naxçıvan"ın futbolçusu "Zirə" ilə oyunu buraxacaq

Premyer-liqa

5-12-2023, 23:0

“Qarabağ” fərqi artırdı, “Turan Tovuz”un qələbə həsrəti dörd oyuna çatdı – TURUN ŞƏRHİ

Liqalar

10-11-2023, 23:0

"Araz-Naxçıvan"ın əvəzediciləri qisası gecikdirmədi

Aktual / Premyer-liqa

5-10-2023, 14:0

"Səbail"in mətbuat katibi "Araz-Naxçıvan" - "Zirə" matçına niyə gəlib?

Aktual
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Son xəbərlər
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə