“Toronto”nun hücumçusu Oston Mettyus srağagün “Arizona” ilə oyunda dubl etməklə cari mövsümdə 50 şayba həddinə çatan ilk hokkeyçi oldu.
"Football-plus.az" xəbər verir ki, Mettyus 54-cü oyunda 50 qol həddinə çatdı ki, bu da ABŞ-da dünyaya gələn hokkeyçilər üçün yeni MHL rekordudu. Əvvəlki ən yaxşı nəticə Kevin Stivensə məxsus udu. O, 1992/93 mövsümündə 50-ci qolu 62-ci oyunda vurmuşdu.
26 yaşlı Mettus cari mövsümdə “Toronto”nun heyətində keçirdiyi 54 oyunda 75 (51+24) xal toplayıb.
“Pittsburq”un hücumçusu Sidni Krosbi pley-off mərhələsi də nəzərə alınmaqla topladığı xal sayına görə MHL tarixində 10-cu pilləyə yüksəldi. “Pinqvinlər”in kapitanı “Monreal”la dünənki oyunda məhsuldar ötürmə ilə yadda qaldı. Beləcə 36 yaşlı forvardın hesabında 1424 oyunda 1759 (652+1107) xal var. Krosbi xal sayında müdafiəçi Ray Burka çatdı. “Boston”un sabiq hokkeyçisi 1826 oyunda 451 qol vurub, 1308 məhsuldar ötürmə verib. Bu siyahıda 9-cu yerdə qərarlaşan Marsel Dionnun hesasında 1816 (752+1064) xal var.
22 fevral
Monreal – Baffalo 2:3 (1:0, 1:3, 0:0)
Çikaqo – Filadelfiya 1:3 (1:1, 0:2, 0:0)
Anahaym – Kolambus 4:7 (0:3, 4:1, 0:3)
Arizona – Toronto 3:6 (0:3, 3:1, 0:2)
Edmonton – Boston 5:6 ОТ (1:1, 1:3, 3:1, 0:1)
23 fevral
Detroyt – Kolorado 2:1 ОТ (0:0, 0:1, 1:0, 1:0)
Karolina – Florida 1:0 (0:0, 0:0, 1:0)
Nyu-Cersi – Reyncers 1:5 (0:2, 0:2, 1:1)
Ottava – Dallas 4:1 (1:1, 3:0, 0:0)
Pittsburq – Monreal 4:1 (1:1, 2:0, 1:0)
Tampa-Bey – Vaşinqton 3:5 (0:2, 1:1, 2:2)
Sent-Luis – Aylenders 4:0 (0:0, 3:0, 1:0)
Kalqari – Boston 3:2 ОТ (2:1, 0:0, 0:1, 1:0)
Veqas – Toronto 3:7 (0:4, 1:2, 2:1)
Sietl – Vankuver 5:2 (1:1, 3:1, 1:0)
Los-Anceles – Neşvill 1:4 (1:1, 0:1, 0:2)